Yoav Qallant: "Azərbaycanla birlikdə təhlükəsizlik naminə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik"
- 13 iyul, 2023
- 18:15
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycanla birlikdə ölkələrimizin təhlükəsizliyi naminə əməkdaşlığımızı və isti münasibətlərimizi gücləndirməyə davam edəcəyik".
"Report" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra tviterdə paylaşımda qeyd edib.
"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələr arasında bir çox sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə dair ümumi istəyi müzakirə etdik. Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı", - Qallant bildirib.
חותם יום מוצלח לאחר מספר פגישות חשובות בבאקו, בירת אזרבייג׳ן.
— יואב גלנט - Yoav Gallant (@yoavgallant) July 13, 2023
בפגישותיי עם הנשיא, שר ההגנה ושר הגבולות, שוחחנו על הרצון המשותף להידוק היחסים בין המדינות בשלל תחומים ובתחום הביטחוני בפרט.
יחד, נמשיך לחזק את שיתופי הפעולה והקשר החם, למען ביטחון המדינות והיציבות האזורית pic.twitter.com/wEY3KibCOa