Yaşar Əliyev: "Ermənistan Qarabağda basdırdığı yüz minlərlə mina barədə dəqiq məlumat verməyib"

Yaşar Əliyev: "Ermənistan Qarabağda basdırdığı yüz minlərlə mina barədə dəqiq məlumat verməyib" "Döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra Azərbaycanın yüzlərlə dinc sakini piyadalar əleyhinə minalara düşərək həlak olub və ya yaralanıb. Ermənistan Azərbaycan ərazisində yerləşdirdiyi yüz minlərlə mina barədə dəqiq məlumat verm
Xarici siyasət
138
26 Yanvar , 2022 12:30
Yaşar Əliyev: Ermənistan Qarabağda basdırdığı yüz minlərlə mina barədə dəqiq məlumat verməyib

"Döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra Azərbaycanın yüzlərlə dinc sakini piyadalar əleyhinə minalara düşərək həlak olub və ya yaralanıb. Ermənistan Azərbaycan ərazisində yerləşdirdiyi yüz minlərlə mina barədə dəqiq məlumat verməyib, beləliklə məcburi köçkünlərin geri qaytarılmasına mane olmağa çalışıb".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib.

O xatırladıb ki, 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində bu münaqişə həll edilib: "Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir".

Y.Əliyev münaqişə dövründə Azərbaycanın şəhərlərinə, qəsəbə və kəndlərinə hərbi zərbələr endirmək və hücum etmək barədə əmr verənlərin hələ də cəzasız qaldğını vurğulayıb: "Əksinə, onların çoxu Ermənistanda milli qəhrəmanlar kimi şöhrətlənir, ali siyasi və hərbi vəzifələrə irəli çəkilirlər".

Son xəbərlər

Orphus sistemi