Yalnız ərəb dövlətlərinin liderlərinə verilən hədiyyə müstəsna hal kimi Azərbaycan Prezidentinə təqdim edilib

Xarici siyasət
  • 15 may, 2023
  • 09:37
Yalnız ərəb dövlətlərinin liderlərinə verilən hədiyyə müstəsna hal kimi Azərbaycan Prezidentinə təqdim edilib

Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

"Report" xəbər verir ki, bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

44 filmi