XİN: "Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiqdir"

Xarici siyasət
  • 03 avqust, 2023
  • 10:50
XİN: Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiqdir
Ceyhun Bayramov

Laçın yolundan istifadəyə məhdudiyyət törədən, habelə Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin tələbatlarının ödənilməsi təklifinə etiraz edən tərəfin Ermənistan olmasına baxmayaraq, Ermənistanın “Azərbaycan tərəfindən erməni sakinlərin blokadaya alınması” istiqamətində cəfəng iddialarla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə davam edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibinə ünvanlandığı məktubuna ünvanladığı məktubunda bildirilib.

Məktubun sonunda, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiq olduğu, bu xüsusda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın da dayanıqlı sülhün əldə edilməsi səylərində konstruktiv yanaşma nümayiş etdirməyə çağırılmasının vacibliyi vurğulanıb.

44 - Tezliklə