Xələf Xələfov: Ermənistan tarixi məsuliyyəti düzgün dəyərləndirməli, sülh üçün addım atmalıdır

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 10:35
Xələf Xələfov: Ermənistan tarixi məsuliyyəti düzgün dəyərləndirməli, sülh üçün addım atmalıdır

Ermənistan və erməni xalqı bu tarixi məsuliyyəti düzgün dəyərləndirməli, sülhün təmin edilməsi üçün addım atmalıdır.

"Report" xəbər verir ki, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən Birinci AQEM Media Forumunda deyib.

O, ağır məhrumiyyətlərdən əziyyət çəkmiş Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsipləri əsasında bərpa etdiyini diqqətə çatdırıb:

"Bununla belə, hər birimiz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini təmin etməliyik. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, Azərbaycan Prezidenti Ermənistan Respublikasına regionda davamlı sülhün yaradılmasını təklif edib və sülh prosesini irəli aparmaq üçün bütün real addımları atıb. Ermənistan və erməni xalqı bu tarixi məsuliyyəti düzgün dəyərləndirməli, sülhün təmin edilməsi üçün addım atmalıdır".

44 - Tezliklə