İvo Yosipoviç: Azərbaycan və Xorvatiyanın postmüharibə bərpa işlərində misilsiz təcrübəsi var

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 16:04
İvo Yosipoviç: Azərbaycan və Xorvatiyanın postmüharibə bərpa işlərində misilsiz təcrübəsi var

Azərbaycan və Xorvatiya postmüharibə bərpa işlərində misilsiz təcrübəyə malikdir.

"Report" xəbər verir ki, bunu Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, Xorvatiya və Azərbaycan öz müstəqilliklərini təxminən eyni dövrdə əldə edib:

"Buna görə də, tarix baxımından iki ölkə arasında bənzərlik var. Müharibə zamanı Xorvatiyada yerləşən Dubrovnik şəhərinin bütün gözəl abidələri, kilsələri, tarixi binaları məhv edilmişdi. Buna bənzər hadisələrə Qarabağda da rast gəlinir. Hər iki ölkə bu dağıntıları bərpa etməyi, torpaqlarını abadlaşdırmağı bacarıb. Düşünürəm ki, bu sahədə bölüşə biləcəyimiz təcrübəmiz var".