Xarici diplomatlar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət ediblər

Xarici diplomatlar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət ediblər AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.
Xarici siyasət
26 Dekabr , 2024 20:51
Xarici diplomatlar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət ediblər

AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

"Report"un ABŞ bürosunun məlumatına görə, ABŞ rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və Vaşinqtondakı diplomatik korpusdan Azərbaycan səfirliyinə təyyarə qəzası ilə əlaqədar başsağlığı mesajları daxil olmaqdadır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dekabrın 26-nın ölkə ərazisində matəm günü elan olunması səbəbindən ölkəmizin Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi