WUF13-ün xarici iştirakçıları üçün viza pulsuz olacaq

Xarici siyasət
  • 19 fevral, 2026
  • 13:09
WUF13-ün xarici iştirakçıları üçün viza pulsuz olacaq

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları üçün viza pulsuz və sadələşdirilmiş olacaq.

Bu barədə WUF13 üzrə milli əlaqələndiricinin müavini Gülşən Rzayeva regional KİV üçün WUF13 ilə bağlı onlayn brifinqdə "Report"un sualına cavabında bildirib.

"İştirakçılar üçün viza pulsuz olacaq. Onlar vizanı öz ölkələrindəki səfirlik və konsulluqlarda və ya Bakıya gəldikdən sonra rəsmiləşdirə biləcəklər. Həmçinin vətəndaşlarının ölkəyə girişi üçün viza tələbinin olmadığı bir sıra ölkələr də var", - o deyib.

G.Rzayeva qeyd edib ki, WUF13 çərçivəsində Azərbaycanın 2024-cü ilin noyabrında uğurla ev sahibliyi etdiyi COP29 qlobal iqlim konfransı zamanı tətbiq edilən viza rejimi qüvvədə olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti