Ağdam şəhərinə yola salınan növbəti köç karvanı çatıb - Yenilənib
- 30 oktyabr, 2026
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı çatıb.
"Report" xəbər verir ki, bu mərhələdə 70 ailə olmaqla, 238 keçmiş məcburi köçkün Ağdam şəhərinə köçüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Report" xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.