Vəkillər Kollegiyası FBE-yə üzv qəbul olunub

Xarici siyasət
  • 16 iyun, 2023
  • 18:19
Vəkillər Kollegiyası FBE-yə üzv qəbul olunub

Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Amsterdam şəhərində keçirilən Konqresində Azərbaycan Vəkillər Kollegiyası təşkilata tamhüquqlu üzv kimi qəbul olunub.

"Report" xəbər verir ki, 20 ölkənin 1 milyondan çox vəkilini birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan olub.

Qeyd edək ki, FBE təşkilatına yalnız Avropanın tam müstəqil vəkil peşə birlikləri qəbul oluna bilərlər.