Azərbaycan Ukraynadan olan 40 hərbçi uşağını Türkiyəyə istirahətə göndərəcək
Xarici siyasət
- 29 yanvar, 2017
- 09:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 yanvar. REPORT.AZ/ Ukraynadan olan 40 hərbçi uşağı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz "Facebook" səhifəsində yazıb.
O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.
"Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm", - deyə qubernator söyləyib.
Son xəbərlər
04:38
PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
Futbol
04:24
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
Digər ölkələr
03:45
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
Digər ölkələr
03:22
Bəqai: ABŞ-nin Tehranın bioloji silah hazırlaması iddiası bəhanəsi məqsədi daşıyır
Region
02:42
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
Maliyyə
02:36
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir
Digər ölkələr
02:01
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
Biznes
01:45
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
Digər ölkələr
01:19
Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb
Digər ölkələr