Türkiyə səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Xarici siyasət
  • 08 noyabr, 2024
  • 06:30
Türkiyə səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Cahit Bağçı

8 Noyabr - üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qardaş Azərbaycan xalqını 8 Noyabr - Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət diləyir, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram", - diplomat qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti