Strasburqda Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində konfrans keçiriləcək

Xarici siyasət
  • 01 noyabr, 2014
  • 08:24
Strasburqda Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində konfrans keçiriləcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabr ayının 4-də Strasburqda dopinqin istifadəsinə qarşı Avropa Şurası Konvensiyasının 25-illiyinə həsr olunan konfrans keçiriləcək. "Report" Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil edilir.

Konfransı AŞ baş katibinin müavini Qabriella Battaini-Draqoni açacaq. Tədbir iştirakçıları idmanda dopinqlə mübarizə sahəsində problemləri müzakirə edəcəklər. Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Devid Xoumen, İnsan Hüquqları üzrə Beynəlxalq  institutun prezidenti və  İHAM-ın sabiq prezidenti Jan-Pol Kosta əsas məruzəçilər qismində çıxış edəcəklər. 

Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyi may ayında qəbul edib və noyabr ayının ortalarında səlahiyyət müddəti bitəcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti