Sloveniyada "Mixaylo"nun xatirəsi anılıb
- 07 may, 2025
- 15:46
Bu gün Şempasda Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer əfsanəvi kəşfiyyatçı, "Mixaylo" təxəllüsü ilə tanınan Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib və əklil qoyub.
Bu barədə “Report” Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyinin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.
"Mehdi Hüseynzadənin xatirəsi Sloveniya və Azərbaycan arasında möhkəm dostluq körpüsü rolunu oynayır", - məlumatda bildirib.
Tədbirdə çıxış edən B.Kumer Mixaylonun qəhrəmanlığının rəmzi əhəmiyyətini vurğulayıb və beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.
"Bu günlər İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü ilə üst-üstə düşür. Belə yubileyler bizə xatırladır ki, bu gün Sloveniyada həzz aldığımız sülh verilmiş bir şey deyil. Onun uğrunda Mehdi kimi insanlar mübarizə aparıblar. Buna görə də bizim borcumuz onların xatirəsini təkcə sözlərlə deyil, həm də əməllərlə inkişaf etdirməkdir" - nazir qeyd edib.