Serbiyanın XİN başçısı: Seçkilərin çox yaxşı səviyyədə keçirilməsinə görə Azərbaycan xalqını təbrik edirəm

Serbiyanın XİN başçısı: Seçkilərin çox yaxşı səviyyədə keçirilməsinə görə Azərbaycan xalqını təbrik edirəm Serbiyayda parlament seçkiləri zamanı cəhd olunan xarici müdaxilələrin qarşısı çox rahat şəkildə alındı.
Xarici siyasət
2 Sentyabr , 2024 13:35
Serbiyanın XİN başçısı: Seçkilərin çox yaxşı səviyyədə keçirilməsinə görə Azərbaycan xalqını təbrik edirəm

Serbiyada parlament seçkiləri zamanı cəhd olunan xarici müdaxilələrin qarşısı çox rahat şəkildə alındı.

Bunu Serbiyanın xarici işlər naziri Marko Curiç “Report”un sualını cavablandırarkən deyib.

O, Azərbaycanda keçirilən parlament seçkilərindən də söz açaraq bildirib ki, burada əhalinin öz fikrini ifadə etməsi üçün hər cür şərait yaradılıb:

“Azərbaycanda seçkilər çox yaxşı səviyyədə keçirilib və buna görə Azərbaycan xalqını təbrik edirəm. Əlbəttə, siz müstəqil xarici siyasət həyata keçirdikdə buna müdaxilə etmək cəhdləri olur. Bunlar isə demokratik proseslərin özlərinə xələl gətirir. Hər bir xalqın xarici müdaxilə olmadan öz hüquq və azadlıqlarını ifadə etmək hüququ var. Keçən il Serbiyada biz də parlament seçkiləri keçirdik və o çox şəffaf şəkildə, beynəlxalq standartlara uyğun keçirilib. Ancaq bəzən hakimiyyəti ələ keçirməyə çalışan qüvvələr olur. Serbiya isə belə cəhdləri asanlıqla aşkar edib və həmin cəhdlərin qarşısını alıb”.

Son xəbərlər

Orphus sistemi