Türkiyə səfirliyi: “Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”
- 18 oktyabr, 2022
- 07:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tviterdə etdiyi paylaşımda bildirilib.
Diplomatik nümayəndəlik Azərbaycan dövlətini və xalqını təbrik edib.
“Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik”, - təbrikdə vurğulanıb.
#18Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə bütün Azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, müstəqilliyin əbədi olmasını diləyir, bu yolda canlarını fəda edən bütün Şəhidləri ehtiramla yad edirik.
— Bakü Büyükelçiliği (@TCBakuBE) October 18, 2022
Yaşasın müstəqil #Azərbaycan! pic.twitter.com/IAZDx4syy2