Bakı. 25 dekabr. REPORT.AZ/ "Rus dilinin Azərbaycanda xüsusi tarixi var". "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin rus dili müəllimlərilə illik görüşündə deyib.
"Bu gün Azərbaycanda rus dili müəllimlərinin etdiklərini Rusiyada yüksək qiymətləndiririk. 200 il ərzində rus dili dünyaya pəncərə rolunu oynayıb. Hökumətlərimizin sayəsində bu pəncərə nəinki bağlanmayıb, əksinə, bundan ikitərtəfli münasibətlərin inkişafında istifadə olunub", - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərdə 100 minə yaxın şagird, ali məktəblərdə isə 17 min tələbə rus dilində təhsil alır.
Öz növbəsində, Bakı Slavyan Universitetinin (BSU) rektoru Asif Hacıyev rus dilinin yalnız ünsiyyət dili olmadığını, həm də mədəni dəyərlərin ötürülməsində vasitə olduğunu qeyd edib.