Səfir: Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunacaq

Səfir: Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunacaq Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır, mən qürur duyuram ki, bu gün biz Azərbaycanda Gürcüstanın Müstəqillik Gününü qeyd edirik.
Xarici siyasət
24 May , 2024 18:59
Səfir: Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunacaq

Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır, mən qürur duyuram ki, bu gün biz burada Gürcüstanın Müstəqillik Gününü qeyd edirik.

"Report" xəbər verir, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkəsinin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə deyib.

“28 May - Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunacaq. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri inkişaf edib, biz strateji tərəfdaşıq. Azərbaycan xalqına uğurlar arzulayıram”, - o vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə uğurlu əməkdaşlıq inkişaf edir.

Z.Pataradze həmçinin bildirib ki, bugünkü tədbirdə icra və qanunvericilik orqanlarının, biznes sektorunun nümayəndələri iştirak edir.

Son xəbərlər

Orphus sistemi