Səfir: Bu il Bakıda Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçiriləcək

Səfir: Bu il Bakıda Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçiriləcək Azərbaycan və Belçika arasında növbəti ikitərəfli siyasi məsləhətləşmələr bu ilin ikinci yarısında Bakıda keçiriləcək.
Xarici siyasət
31 May , 2024 17:09
Səfir: Bu il Bakıda Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Belçika arasında növbəti ikitərəfli siyasi məsləhətləşmələr bu ilin ikinci yarısında Bakıda keçiriləcək.

Bunu “Report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmans deyib.

Səfir vurğulayıb ki, Belçika və Azərbaycan liderləri və administrasiyaları arasında siyasi səviyyədə dialoq son üç il ərzində, hətta COVID-19 pandemiyası səbəbindən birbaşa təmasların azaldığı dövrdə də davam edib.

“İki ildən bir ikitərəfli siyasi məsləhətləşmələr keçirilir. 2022-ci ilin aprelində onlar Brüsseldə o vaxt Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışan Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Yerun Koreman arasında baş tutub”, - o qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin kulminasiya anı Belçikanın xarici işlər naziri Hacı Labibin 2023-cü ilin yayında Bakıya səfəri olub:

“Bu, müxtəlif həmsöhbətlərlə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, parlamentin sədri Sahibə Qafarova və Azərbaycanın dini liderləri ilə geniş mövzuları müzakirə etmək imkanı verib”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi