SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib
- 24 noyabr, 2026
- 14:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Wison Engineering Ltd" şirkəti arasında neft-kimya sahəsində, innovativ texnoloji həllərin tətbiqi ilə istehsal sahələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəflə Çin şirkətinin baş icraçı direktoru Cou Honqlayanq ilə keçirilən görüşdə aparılıb.
Görüşdə qonağa SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti, o cümlədən emal, neft-kimya, rəqəmsallaşma sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.