Səfir: “Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib”

Səfir: “Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib” "Belarus da bunda maraqlıdır"
Xarici siyasət
16 Fevral , 2021 14:14
Səfir: “Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib”

“Belarus Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəkləyib. Biz atəşkəs barədə bəyanat imzalanması və Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

“Report” xəbər verir ki, bu fikirləri Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Prezident İlham Əliyev tərəfindən fevralın 16-da etimadnaməsi qəbul edilərkən deyib.

“Hörmətli cənab Prezident, Siz tamamilə düzgün olaraq dediniz ki, dövlət rəhbərləri arasında dostluq və yüksək səviyyədə əlaqələr bu inkişafın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin rəhnidir. Belarus da bunda maraqlıdır, - o bildirib.

Son xəbərlər

Orphus sistemi