Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb

Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Xarici siyasət
15 Oktyabr , 2024 13:52
Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.

Məlumata görə, F.Sadiq Azərbaycanla əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib.

O, 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib:

“Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”.

Qeyd edək ki, Ş.Mustafayev oktyabrın 14-də Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Son xəbərlər

Orphus sistemi