Şahin Mustafayev: "Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır"

Şahin Mustafayev: "Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır" Azərbaycan Rusiya Federasiyasının Qafqaz regionunda başlıca tərəfdaşıdır.
Xarici siyasət
106
16 Dekabr , 2021 12:54
Şahin Mustafayev: Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır
Şahin Mustafayev

"Azərbaycan Rusiya Federasiyasının Qafqaz regionunda başlıca tərəfdaşıdır".

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

O, gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib: “Ötən müddət ərzində əməkdaşlığımız daim inkişaf edib”.

Baş nazirin müavini son iki ildə dünyanın koronavirus pandemiyası da daxil olmaqla bir sıra təhlükələrlə üzləşdiyini xatırladıb: “Yeni reallıqlar əməkdaşlığımız üçün yeni imkanlar açıb. İki ölkə arasında müxtəlif sahələrə dair 7 yol xəritəsi təsdiqlənib. Hazırda ölkəmizdə Rusiya kapitallı 1110-dək müəssisə fəaliyyət göstərir".

Ş.Mustafayev 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə yeni əməkdaşlıq imkanlarının yarandığını söyləyib, bununla bağlı Rusiya tərəfindən 13 layihə təqdim edildiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi