Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”

Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək” "Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək".
Xarici siyasət
27 May , 2023 23:08
Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”

"Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək".

“Report” xəbər verir ki, bu fikir Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrikində yer alıb.

“Mən, həmçinin əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcək. Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı üçün dualar edirəm”, - Şahbaz Şərif qeyd edib.

Son xəbərlər

Orphus sistemi