Sabiq prezident: "Artıq Avropa İttifaqına ümid qalmayıb"

Sabiq prezident: "Artıq Avropa İttifaqına ümid qalmayıb" "Xəzər dənizinin dibinin bölünməsi məsələsi Avropa İttifaqı (Aİ) üçün maraqlı olmalıdır".
Xarici siyasət
6 Noyabr , 2021 11:59
Sabiq prezident: Artıq Avropa İttifaqına ümid qalmayıb

"Xəzər dənizinin dibinin bölünməsi məsələsi Avropa İttifaqı (Aİ) üçün maraqlı olmalıdır".

"Report" xəbər verir ki, bunu Serbiyanın sabiq prezidenti Boris Tadic VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qərbi Balkanların dəyərləndirilməsi: irəliyə gedən yol" adlı panel müzakirələrində çıxışı zamanı deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edildi, bu, regionda vəziyyəti dəyişdi".

Sabiq prezident bildirib ki, Aİ ölkələri iqtisadi böhrandan çıxa bilmirlər: "Aİ ölkələri miqrasiya böhranına məruz qaldı. Bu, Aİ-də çətin siyasi vəziyyətə səbəb oldu. 5 milyon miqrant Aİ-nin bir faizini təşkil edir".

B.Tadic onu da qeyd edib ki, Aİ Qərbi Balkanlara doğru genişlənməyəcək: "Aİ strateji problemlərlə üzləşib. Artıq bu quruma ümid qalmayıb".

Son xəbərlər

Orphus sistemi