Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı ermənilərə göndərdiyi yardım maşını hələ də Bərdədə gözləyir.
"Report"un Qərb bürosunun məlumatına görə, Rusiyadan göndərilən ərzaq dolu yük maşını 2-ci gündür ki, Bərdə şəhərində gözləməkdədir.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.
Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını iki gündür ki, Bərdə şəhərində gözləyir.
Bu barədə "Report"un Qərb bürosu məlumat verib.
Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd nəqliyyat vasitəsinə (TIR) yüklənərək göndərilib.