Rusiya XİN başçısının müavini Azərbaycan səfirliyində olub, təyyarə qəzasında həlak olanların xatirəsini yad edib

Rusiya XİN başçısının müavini Azərbaycan səfirliyində olub, təyyarə qəzasında həlak olanların xatirəsini yad edib Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfirliyini ziyarət edərək "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəs
Xarici siyasət
27 Dekabr , 2024 17:01
Rusiya XİN başçısının müavini Azərbaycan səfirliyində olub, təyyarə qəzasında həlak olanların xatirəsini yad edib

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfirliyini ziyarət edərək "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.

Bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.

Səfirlikdə Qaluzini Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qarşılayıb.

Rusiyalı diplomat xatirə kitabında ürək sözlərini yazıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Son xəbərlər

Orphus sistemi