Rusiya baş nazirinin birinci müavini Azərbaycana gəlib

Xarici siyasət
  • 10 fevral, 2015
  • 06:14
Rusiya baş nazirinin birinci müavini Azərbaycana gəlib

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya baş nazirinin birinci müavini Arkadi Dvorkoviç Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə "Report" Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Səfər çərçivəsində A.Dvorkoviç Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev ilə görüşəcək. Görüşlər zamanı Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. 

44 filmi