Rameş Singh Arora: Delhidə çox sayda zikh ailəsi qətlə yetirilib, sui-qəsdlər həyata keçirilib
- 16 yanvar, 2026
- 10:32
Delhidə çox sayda zikh ailəsi qətlə yetirilib, sui-qəsdlər həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Pəncab hökumətinin insan hüquqları və azlıqların işləri üzrə naziri Rameş Singh Arora yanvarın 16-da Bakıda Hindistanda "Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, zikhizm XV əsrdə qardaşlıq, ləyaqət və ədalət prinsipləri üzərində təsis edilib:
"Bu cərəyan kasta ayrı-seçkiliyinə və dini diskriminasiyaya qarşı çıxır, ona görə də zikhlər zülmə qarşı mübarizə aparmağı özlərinə borc biliblər. Bu gün zikhlər Hindistanda azlıqdadır, ancaq bununla belə, Hindistan Silahlı Qüvvələrinin təxminən 6 faizini təşkil edir və bu gün ölkənin ərzaq təhlükəsizliyinin inkişafında əsas rol oynayırlar. Britaniyanın birbaşa hakimiyyəti dövründən qalan haqlı tələblərə baxmayaraq, biz yenə də ayağa qalxacağıq və özümüzü müdafiə edəcəyik".
Rameş Singh Arora bildirib ki, zikhlərə qarşı zorakılıq halları onları ciddi şəkildə narahat edir:
"Təkcə Delhidə çox sayda zikh ailəsi qətlə yetirilib, sui-qəsdlər həyata keçirilib, evlər əvvəlcədən müəyyənləşdirilib və polis əməkdaşları onları zorakılıqdan qorumaq əvəzinə vəhşilikləri izləyib. Bu gün ayrı-seçkilik müxtəlif formalarda davam edir. Bu gün bəzi yazılarda açıq şəkildə zihizmin hinduizmin bir hissəsi olduğu iddia edilir və bu da tamamilə ədalətsizdir. Zikhizmin özünəməxsus kimliyi var və tamamilə müstəqil, azad irqli bir dindir".
Nazir həmçinin vurğulayıb ki, Pakistanda zikhlərə yanaşma tamamilə fərqli və müsbətdir:
"Rəsmi İslamabad ədalətə, azadlığa, insan ləyaqətinə və sosial ədalətə qəti şəkildə inanır. Pakistanın bizimlə bağlı nikah aktı var, ancaq Hindistanda yaşayan zikh ailələrinin özlərinə məxsus nikah aktı yoxdur. Onlar hər dəfə hindu nikah aktı üzrə qeydiyyatdan keçməyə məcbur qalırlar. Dünyada zikh nikah aktının tətbiqinə icazə verən yeganə ölkə Pakistandır. Hər il Hindistandan və qlobal diaspordan minlərlə zikh zəvvar Pakistana gələrək yoxsullara yardım edir və xeyriyyəçiliklə məşğul olurlar".