Qvineya-Bisaudan olan tələbələr üçün Azərbaycanda təhsil imkanının yaradılması məsələsi müzakirə olunub

Qvineya-Bisaudan olan tələbələr üçün Azərbaycanda təhsil imkanının yaradılması məsələsi müzakirə olunub Azərbaycanın ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələr üçün təhsil imkanının yaradılması məsələsi müzakirə olunub.
Xarici siyasət
2 Dekabr , 2024 13:11
Qvineya-Bisaudan olan tələbələr üçün Azərbaycanda təhsil imkanının yaradılması məsələsi müzakirə olunub

Azərbaycanın ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələr üçün təhsil imkanının yaradılması məsələsi müzakirə olunub.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə mətbuat konfransında deyib.

Nazir diqqətə çatdırıb ki, nümayəndə heyətində yer alan 4 nəfər Azərbaycan təhsil sistemindən faydalanıb.

“İki ölkə arasında ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq mövcuddur. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində Qvineya-Bisaunun fəaliyyətinə dəstək göstərilmişdir. Ümumilikdə, QH-yə sədrlik çərçivəsində Azərbaycanın Afrika ölkələri ilə əlaqələri daha da genişlənib”, - o qeyd edib.

C.Bayramov vurğulayıb ki, COP29 çərçivəsində Qvineya-Bisau prezidentinin Azərbaycana səfər etməsi iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının inkişafına təkan verib:

“Bu gün müxtəlif sahələrdə potensial əməkdaşlıq üçün faydalı fikir mübadiləsi aparılıb. Qvineya-Bisau dövlət xidmətlərinin daha da inkişaf etdirilməsinin astanasındadır. Bununla bağlı planlar hazırlanır və Azərbaycan dövləti də bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Bu vacib əməkdaşlıq imkanlarından biri ola bilər. Azərbaycan təcrübəsinə gəldikdə, dövlət xidmətləri sahəsində ölkədə özünü doğrultmuş və çoxsaylı ölkələrdə tətbiqinə başlanmış "ASAN xidmət" modeli ilə tanış olmaq imkanı mümkündür. Bu təcrübəni də Azərbaycan bölüşə bilər”.

Son xəbərlər

Orphus sistemi