Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır
- 04 aprel, 2016
- 18:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi qismində çıxış etməyə hazırdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Qırğız Respublikası 5 may 1994 cü il tarixli Bişkek protokolunun imzalanması təcrübəsinə əsaslanaraq, münaqişənin həlli yollarının axtarılması üçün konstruktiv təkliflərin işlənməsi mövqeyindən çıxış edir və bu məsələdə öz siyasi yardımını göstərməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin vurğulanır ki, rəsmi Bişkek Dağlıq Qarabağda vəziyyətin qan tökülməsi və insan itkilərinə gətirib çıxaran kəskinləşməsi barədə xəbərləri narahatlıqla qarşılayıb.