Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər naziri Hadija Labibin 2023-cü il 22 avqust tarixində Ermənistanın paytaxtı İrəvanda səsləndirdiyi fikirləri qərəzli adlandıraraq qınayıb.
Bu barədə “Report”a Qərbi Azərbaycan İcmasındən bildirilib.
“Bu, artıq belçikalı nazirin avqust ayı ərzində Azərbaycana qarşı ikinci açıqlamasıdır. Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə ümumiyyətlə məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır”, - İcmadan bildirilib.
“Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmayıb. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, - İcmanın çağırışında vurğulanır.