Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Xarici siyasət
- 24 avqust, 2022
- 14:04
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Qazaxıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Son xəbərlər
07:09
Pentaqon rəhbəri Venesuelada genişmiqyaslı əməliyyatın keçiriləcəyini istisna etməyib
Digər ölkələr06:34
Video
Maduro Nyu-Yorka gətirilib
Digər ölkələr06:11
Yəmən separatçıları Səudiyyə Ərəbistanında keçiriləcək sülh konfransında iştirak edəcəklər
Digər ölkələr05:43
Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib
Digər ölkələr05:16
ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb
Digər ölkələr04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb
Digər ölkələr04:25
BMT Trampın Venesuelanı idarə etmək planlarından dərin narahatdır
Digər ölkələr03:47
Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Digər ölkələr03:17