Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.
"Report" xəbər verir ki, iki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirib.
Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya Prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Bakının beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyini bildirən Prezident İlir Meta ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi üçün dövlət başçısı tərəfindən həyata keçirilən işlərə görə minnətdarlığını ifadə edib.
İlir Meta Albaniyada TAP-n icrası ilə bağlı işlərin uğurla getdiyini deyib. O qeyd edib ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir.
Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğulayıb. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlət başçısı bu layihənin əhəmiyyətinə toxunub. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən Prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırladıb.
*** 12:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.