Polşa Aİ-yə sədrliyi dövründə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyi hədəfləyir - EKSKLÜZİV

Polşa Aİ-yə sədrliyi dövründə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyi hədəfləyir - EKSKLÜZİV Polşanın 2025-ci ildə Aİ Şurasına sədrliyi həm də Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsinə töhfə verməyə yönələcək.
Xarici siyasət
10 Yanvar , 2025 16:05
Polşa Aİ-yə sədrliyi dövründə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyi hədəfləyir - EKSKLÜZİV

Polşanın 2025-ci ildə Aİ Şurasına sədrliyi həm də Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsinə töhfə verməyə yönələcək.

Bunu “Report”un sorğusuna cavab olaraq Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

"Polşanın sədrliyi dövründə Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləməyə davam edəcək. Biz davamlı sülhə nail olmağa yönəlmiş bütün fəaliyyətləri dəstəkləyirik. Aİ-nin sülh prosesindəki rolu çox vacibdir və davam etməlidir. Biz bunun Cənubi Qafqaz regionunun Aİ və ölkəmizlə əməkdaşlığı üçün yaratdığı imkanları vurğulamaq istərdik", - xarici siyasət idarəsində qeyd ediblər.

Nazirlikdə əlavə ediblər ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması regionun inkişafına və ən mühüm humanitar məsələlərin, itkin düşmüş şəxslərlə bağlı problemin, minatəmizləmə, tarixi və mədəni dəyərlərin qorunması məsələlərinin həllinə imkan verəcək.

Həmçinin vurğulanıb ki, Polşa həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir. Nazirlik həmçinin tərəflər arasında həllini tapmamış bütün məsələlərin diplomatik yolla həll edilə biləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Polşa Aİ Şurasına sədrlik edir.

Son xəbərlər

Orphus sistemi