Niderland Kralı Azərbaycan liderini təbrik edib

Xarici siyasət
  • 27 may, 2023
  • 07:18
Niderland Kralı Azərbaycan liderini təbrik edib
İlham Əliyev

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm".