Beyləqanda avtomobil su arxına aşıb, ölən var

Hadisə
  • 19 noyabr, 2026
  • 09:23
Beyləqanda avtomobil su arxına aşıb, ölən var

Beyləqanda avtomobilin su arxına aşması nəticəsində sürücü ölüb.

"Report" xəbər verir ki, Aslanov Arif Məhəmməd oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə idarəetməni itirərək avtomobili su arxına aşırıb.

Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Həbib Şəmil oğlu isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanıb.