Nəsimi Ağayev Berlində erməni təbliğatına xidmət edəcək tədbirə etiraz edib
Nəsimi Ağayev Berlində erməni təbliğatına xidmət edəcək tədbirə etiraz edibAzərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində martın 6-da baş tutacaq erməni təbliğatından ibarət olan “Dağlıq Qarabağın təhlükə altında olan mədəni sərvətlərinin qorunması” tədbirinin keçirilməsinə etiraz edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində martın 6-a planlaşdırılan erməni təbliğatına xidmət edəcək “Dağlıq Qarabağın təhlükə altında olan mədəni sərvətlərinin qorunması” tədbirinin keçirilməsinə etiraz edib.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Martın 6-da Almaniyanın Xarici Əlaqələr Şurası və "Adenauer" Fondu Berlində “Dağlıq Qarabağın təhlükə altında olan mədəni sərvətlərinin qorunması” adlı erməni təbliğat tədbiri keçirir. Ermənistanın Qarabağda və Ermənistanda Azərbaycan irsini necə məhv etdiyi barədə heç bir məlumata yer verilmir. Utancvericidir!", - səfir qeyd edib.
Diplomat diqqətə çatdırıb ki, bu qurumlarda Azərbaycanofobiya o həddə çatıb ki, onlar nəyin hesabına olur-olsun, Azərbaycanı iblisləşdirmək və erməni lobbisinə xidmət göstərmək üçün özlərini tam gözdən salmağa hazırdırlar:
“Sizin üçün Ermənistanın təkcə Qarabağda 65 Azərbaycan məscidini murdarlaması və dağıtması, bir çoxunu donuz və inək tövlələrinə çevirməsi normaldır. Ermənistanın bu cinayətlərini necə dəstəkləyə bilirsiniz? Gözlənildiyi kimi, Almaniyanın Xarici Əlaqələr Şurası azərbaycanlı alimlərin də iştirak edəcəyi və Azərbaycanın mədəni irsinin dağıdılmasının göstəriləcəyi balanslaşdırılmış Azərbaycan-Ermənistan tədbirinin keçirilməsi təklifimizi qəbul etmədi. Təəssüf ki, 2020-ci ildən Almaniyanın Xarici Əlaqələr Şurası Ermənistanın Təbliğat Nazirliyinin Berlin ofisinə çevrilib".
On March 6, @dgapev & @KASonline are holding an Armenian propaganda event in Berlin titled “The protection of the threatened cultural assets of Nagorno-Karabakh”. No words on how Armenia has obliterated Azerbaijani heritage in Garabagh & in Armenia. Shame! pic.twitter.com/4Q5JbTfZGG