Bakı. 2 mart. REPORT.AZ/ "Bakıda səfirin dəyişdirilməsi təbii prosesdir".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Rusiya Federasiyasının səfirlərini təyin etmək Rusiya prezidentinin səlahiyyətlərinə daxildir. Müvafiq sərəncamlar prezidentin saytında dərc olunur. Bu, onun müstəsna səlahiyyətindədir", - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və bu istiqamətdə iş aparılır: "Bakıdakı səfirliyimiz işləyir, Moskvadakı azərbaycanlı həmkarları ilə əlaqələrini davam etdirir".
XİN rəsmisi səfirin dəyişdirilməsinin təbii proses olduğunu vurğulayıb: "Bu, azərbaycanlı həmkarlarımızla münasibətlərimizə təsir göstərmir".