Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan liderini təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan liderini təbrik edib Azərbaycan Respublikasının Prezidenti Zati - aliləri cənab İlham Əliyevə
Xarici siyasət
30 May , 2024 19:39
Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan liderini təbrik edib
İlham Əliyev

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu vurğulayıram.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqının tərəqqisinə və firavanlığına yönələn səylərinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramını qəbul etmənizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi