"Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir".
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş bildirib.
O deyib ki, bu baxımdan Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda gedən proseslər avropalı siyasətçilərin əhəmiyyətli dərəcədə diqqət mərkəzindədir.
Onun sözlərinə görə, bu gün keçmiş sovet ölkələri arasında Avropa dəyərlərinə daha çox maraq göstərən ölkələrdən biri də Azərbaycandır: "Bu baxımdan, Avropa İttifaqı ölkələri ilə, o cümlədən Latviya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri aktualdır. Latviya və Azərbaycan qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bu, müxtəlif vaxtlarda ali səviyyəli görüşlərdə də vurğulanıb. Biz çox istərdik ki, qarşılıqlı səfərlər çox olsun. Xüsusilə ilə indiki dövrdə bu daha önəmlidir".