Karasin: "Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin görüşü planlaşdırılır"
Xarici siyasət
- 27 mart, 2016
- 13:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.
"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin deyib.
"Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək", — deyə o bildirib.
Karasin görüşün hansı tarixdə keçirilə biləcəyini açıqlamayıb.
Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyini xəbər vermişdi.
Son xəbərlər
18:20
Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə səbəb olub
Region
18:01
"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub
Digər ölkələr
17:43
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Fərdi
17:37
Almaniyada proqram təminatında kritik boşluqlar barədə xəbərdarlıq edilib
Digər ölkələr
17:32
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
17:20
Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib
Hərbi
17:14
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Elm və təhsil
16:57
Britaniyada fırtına səbəbindən 57 mindən çox ev işıqsız qalıb
Digər ölkələr
16:55
Azərbaycan Premyer Liqasının IX turunda daha bir görüş baş tutub
Futbol