Kamboca Xalq Partiyasının sədri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Bu il fevralın 7-də keçirilmiş seçkilərdə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram. Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə, xüsusilə də dövlətin idarə olunmasında və inkişafında zəngin təcrübənizə güclü etimadının və inamının bariz göstəricisidir.
Mən qəti şəkildə əminəm ki, Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə inkişafı davam edəcək, ölkəniz regional və qlobal məsələlərdə daha böyük rol oynayacaq və bu da xalqınıza daha çox fayda gətirəcək.
Kamboca Xalq Partiyası ölkələrimiz arasında uzun müddətdir mövcud olan dostluq münasibətlərini bütün səviyyələrdə, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də digər ikitərəfli və çoxtərəfli formatlarda möhkəmləndirməyə və dərinləşdirməyə böyük önəm verir.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram".