İlham Əliyev: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik

İlham Əliyev: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik Prezident İlham Əliyev ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiklərini bildirib.
Xarici siyasət
29 Dekabr , 2024 15:19
İlham Əliyev: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik

Prezident İlham Əliyev ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiklərini bildirib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

İlham Əliyev vurğulayıb ki, hər hansı bir qəsdən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz:

"Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur".

Son xəbərlər

Orphus sistemi