İraqın baş naziri Azərbaycan Prezidentinə məktub göndərib

Xarici siyasət
  • 07 iyun, 2018
  • 12:37
İraqın baş naziri Azərbaycan Prezidentinə məktub göndərib
İraqın baş naziri Heydər əl-İbadi

Bakı. 7 iyun. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə İraq Respublikası hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm. Fürsətdən istifadə edərək xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinliyini vurğulayıram.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".