Hikmət Hacıyev: Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur
Hikmət Hacıyev: Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunurNovruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.
Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.
"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “X” hesabındakı paylaşımında bildirib.
“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan və boz zonalardan azad edilmiş bütün suveren ərazilərində Novruz tonqalları ilə qeyd olunur. Necə deyərlər, Oyun Bitdi!
Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”, - paylaşımda qeyd edilib.
This year Novruz celebration in Azerbaijan is different from the ones we used to have. Novruz is celebrated with Novruz bonfires in the entire sovereign territories of Azerbaijan free from military occupation and gray zones. As it has been said Game Over!