30-dan çox ölkənin Baş prokurorları Bakıdakı konfransda toplaşacaq.
"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif ən aparıcı dövlətlərinin şəhərlərində keçirilir:
"Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 28 sentyabr-2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçirilməsi dövlətimiz üçün müstəsna tarixi əhəmiyyətə malik olub. Müxtəlif ölkələrin Baş prokurorları və digər yüksək vəzifəli şəxsləri də daxil olmaqla 95 ölkədən 465-dən artıq iştirakçı və onları müşayiət edən 40 nəfərdən çox ailə üzvləri qeydiyyatdan keçib".
Azərbaycanda tədbirin beynəlxalq əlaqələndirmə platforması olduğunu bildirən Heydər Məmmədov 30-dan çox dövlətin Baş prokurorlarının, 20-dən çox dövlətin məhkəmə-hüquq sisteminin müxtəlif qurumları və nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin də iclasa qatılacağını vurğulayıb:
H.Məmmədov qeyd edib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə kompleks işlər görülür:
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 zamanı da qurum tərəfindən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil ediləcək".