“Haber Global”: Azərbaycan təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir

“Haber Global”: Azərbaycan təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir Azərbaycan Aktauda baş verən təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir.
Xarici siyasət
28 dekabr 2024 11:38
“Haber Global”: Azərbaycan təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir

Azərbaycan Aktauda baş verən təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir.

“Report”un məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında Azərbaycan Hava Yollarına məxsus təyyarənin dekabrın 25-də Aktauda qəzaya uğraması ilə bağlı hazırlanan süjetdə qeyd olunub.

Bildirilib ki, 38 nəfərin ölümünə səbəb olan hadisə səbəbkarlarının cəzalandırılması da Azərbaycan tərəfinin gözləntiləri sırasındadır:

“Lakin hələlik Rusiya tərəfi bu yöndə addım atmır. Kremlin mətbuat katibi Dmitri Peskov isə istintaq bitənə qədər heç bir dəyərləndirmə aparılmayacağını bildirib”.

Süjetdə o da vurğulanıb ki, Rusiya Beynəlxalq Mülki Aviasiya Şirkəti AZAL-a məxsus təyyarənin Qroznı səmasında olarkən Rusiyanın hava hücumundan müdafiə sisteminin aktivləşdiyini etiraf edib.

Son xəbərlər

Orphus sistemi