Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb

Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb.
Xarici siyasət
25 Oktyabr , 2024 15:07
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb

Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb.

"Report" xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun hazırladığı sənəddə dənizşaşırı ərazilərdə insan hüquqlarının, söz və ifadə azadlığının, seçki hüququnun pozulması, onların öz iradəsini ifadə etməsinə maneələrin mövcudluğu əks olunub.

BTQ-nin icraçı direktoru Abbas Abbasov hesabatın təqdimatı ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, Fransanın mədəni assimilasiya siyasəti yerli mədəniyyətlərə mənfi təsir edir. Bunun fonunda təhsil sistemində fransız dili üstün tutulduğundan yerli dillərin qorunması ilə bağlı təhlükələr mövcuddur.

Konfransda qeyd olunub ki, Fransanın dənizaşırı ərazilərdə həyata keçirdiyi nüvə sınaqları və pestisid istifadəsi həmin bölgələrin ekoloji çirklənməsinə, yerli əhalinin sağlamlığına ziyan dəyməsinə səbəb olur.

Fransa müstəmləkələri Qvadelupe, Martinika və Mayot bölgələrinin təmsilçiləri çıxış edərək öz dövlətlərində mövcud olan problemlərə toxunublar. Onlar bildiriblər ki, Fransanın müstəmləkə siyasəti, iqtisadiyyat, mədəniyyət, ekologiyaya nəzarət və müdaxilə addımları sosial-ekoloji problemlərin dərinləşməsinə, meşələrin qırılmasına, su qıtlığı kimi fəsadlara, təhsil, səhiyyə, mədəniyyət, infrastruktur kimi sahələrdə ciddi problemlərə səbəb olur.

Son xəbərlər

Orphus sistemi