Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib

Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.
Xarici siyasət
22 May , 2022 21:20
Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib

Estoniya parlamentinin (Riiqikoqu) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

19:04

Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.

"Report" xəbər verir ki, bu barədə Yuri Ratas feysbukda bildirib.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini yazıb.

Son xəbərlər

Orphus sistemi